“Babalarımız İranı idarə ediblər, yoxsa xidmət?” - Rektordan sual

“Babalarımız İranı idarə ediblər, yoxsa xidmət?” - Rektordan sual

Hazırda oxunan: “Babalarımız İranı idarə ediblər, yoxsa xidmət?” - Rektordan sual

9502

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun İranın Ali təhsil naziri ilə bağlı paylaşdığı dialoq sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bizim.Media xəbər verir ki, 2010-cu il noyabrın 19-da Malayziyanın paytaxtı Kuala-Lumpurda İslam ölkələri təhsil nazirlərinin 5-ci Konfransında iştirakını xatırladan Qasımov, rəsmi Tehranın nümayəndəsi ilə türk hökmdarlarının hakimiyyəti ilə bağlı söhbətinə toxunub:

“Mən, Azərbaycan təhsil nazirinin müavini kimi ölkəmizi təmsil edirdim".

"Qaldığımız oteldə səhər yeməklərinin birində təsadüfən İranın Ali təhsil naziri ilə bir masada əyləşdik. Fars idi, lakin türkcə gözəl danışırdı".

"Təhsildən danışa-danışa keçdik tarixə".

"Aramızda maraqlı bir dialoq oldu".

- "Cənab nazir, 5 əsrə yaxın İranı azəri türkləri idarə ediblər".

"Səfəvilər, Əfşarlar, Qacarlar".

"Dövlətin də adı azəri türklərin adı ilə adlanıb deyə fikir bildirdim".

"Maraqlı cavabı oldu nazirin".

- "Ağaye nazir müavini, bəli 5 əsrə yaxın İranın möhtəşəm şahları azəri türkləri olublar. Allah rəhmət eləsin hamısına, xüsusilə, Şah Abbasa. Ən böyük hökmdarımız olub. Şah İsmayılı, Nadir Şahı çox sevirik. İndi də İranın Ali rəhbəri Seyid Əli Xamenei azəri türküdür".

Lakin... Onlar İranı idarə etməyiblər, İrana sədaqətlə xidmət ediblər.

Bu günə qədər bu cavab məni düşündürür.

"Gürcü Stalinin Rusiyaya sədaqətlə xidmət etdiyi kimi bizim babalarımız da İranı idarə ediblər yoxsa xidmət ???”

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO