Vahid başlanğıcın vahid SONU - Dünyanı kim xilas edəcək? 

Vahid başlanğıcın vahid SONU - Dünyanı kim xilas edəcək? 

Hazırda oxunan: Vahid başlanğıcın vahid SONU - Dünyanı kim xilas edəcək? 

95019

Bütün dinlərdə sonuncu xilaskarı haqqında rəvayətlər və söhbətlər var. İstər xristianlıqda, istər islamda, istərsə də buddizmdə axirət günü və dünyanı pisliklərdən qurtaracaq şəxs haqqında demək olar ki, eyni məzmunlu yazılar var.

Məsələn, Zərdüştiliyə görə, Zərdüşt Peyğəmbərin missiyasını Saoşiant (Sosioş, Astvat-Ereta) adlı xilaskar tamamlayacaq. Saoşiantı möcüzəli şəkildə hamilə qalmış bakirə qız dünyaya gətirəcək.
Daş heykəl oyanacaq

İnduizm təriqətinə görə dünyanın xilaskarı Kalki Avatar Şambhala kəndində brahman ailəsində doğulacaq. O, Vişnunun onuncu mücəssəməsi olacaq. Kalki Avatar dünyaya sülh və əmin-amanlıq gətirəcək. Yeri gəlmişkən, Şambhala adlı müqəddəs ölkə və ya şəhər haqqında təsəvvürlər buddizmdə də kifayət qədər populyardır.

Buddistlər hesab edirlər ki, Budda Qautama Şakyamuninin missiyasını Maitreya (Metteyya, Maytri, Maydari, Miroku, Mirık) adlı xilaskar tamamlayacaq. O, bəşəriyyətin gələcək müəllimidir. İndi cənnətdədir, dünyanın xilası üçün əlverişli zamanın yetişməsini gözləyir. Zaman gələndə həmin daş heykəl oyanacaq, yer üzündə sülhü və əmin-amanlığı bərqərar edəcək.

İsa Məsih zühur edəcək

Yəhudilər iddia edirlər ki, bakirə qızın dünyaya gətirəcəyi sonuncu xilaskarın adı Maşiahdır. O, padişah Davudun nəslindən, yaxud lavililərdən olacaq. Maşiah müharibələrə və zorakılığa son qoyacaq, bütün dünyada sülhü və əmin-amanlığı bərqərar edəcək.

Xristianlar inanırlar ki, sonuncu xilaskar padişah Davudun nəslindən olan bakirə qız müqəddəs Məryəmin dünyaya gətirdiyi İsa Məsihdir. O, insanların günahlarını yumaq üçün özünü qurban verib. Zalımlar onu çarmıxa çəkiblər. Sonra dirilib və göylərə yüksəlib. Xristianlar onun ikinci gəlişini gözləyirlər.
İslamda dünyanın xilaskarı Mehdidir

Şiə İslamına görə, Muhəmməd Peyğəmbərin missiyasını tamamlayacaq sonuncu xilaskarın adı Mehdidir. O, XI İmam Həsənin oğlu və XII İmamdır. 869-cu il iyulun 29-da İraqın Samirə şəhərində anadan olub. Doğulduğu gündən Abbasilər onu şəhid etmək istəyiblər. 

Allah Mehdini 874-cü ildə kiçik qeybə (təxminən 67 il ərzində Onu yalnız naibləri görüblər), 941-ci ildə isə böyük qeybə (zühur edənədək Mehdini heç kim görə bilməz) çəkərək insanlardan gizlədib. Dünyada zülm ən yüksək həddə çatdıqdan sonra Mehdi aşkara çıxacaq. O, İsa Məsihin köməyi ilə Dəccala qalib gələrək Yer üzündə sülhü və ədaləti bərqərar edəcək.

Sünni İslamına əsasən, Muhəmməd Peyğəmbərin müssiyasını tamamlayacaq sonuncu xilaskarın adı Mehdidir. O, şiələrin II İmamı, sünnilərin isə V Xəlifəsi İmam Həsənin nəslindən olacaq. Maraqlıdır ki, əhli-sünnə də Mehdini XII İmam hesab edir. 
Bu məsələdə sünni müsəlmanlar Buxarinin, Müslimin və digər böyük mühəddislərin On İki İmam (12 Xəlifə, 12 Əmir) haqqında nəql etdikləri səhih hədislərə əsaslanırlar. Amma əhli-sünnə etiqadına görə, Mehdi hələ doğulmayıb. Yer üzündə zülm ən yüksək həddə çatdıqdan sonra dünyaya gələcək. O, İsa Məsihin köməyi ilə Dəccala qalib gələrək Yer üzündə sülhü və ədaləti bərqərar edəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO