Kritik informasiya infrastrukturu barədə 3 tapşırıq verilib - RƏSMİ

Kritik informasiya infrastrukturu barədə 3 tapşırıq verilib - RƏSMİ

Hazırda oxunan: Kritik informasiya infrastrukturu barədə 3 tapşırıq verilib - RƏSMİ

94975

"Kritik informasiya infrastrukturu barədə müvafiq fərman imzalandıqdan sonra artıq Nazirlər Kabineti tərəfindən qarşımıza 3 tapşırıq qoyulub".

Bizim.Media xəbər verir ki, bunu 2-ci “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan "Kibertəhlükəsiz iqtisadiyyatlar: innovativ yanaşma və həllər" adlı tədbirdə çıxış edərkən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, bunlardan biri kritik informasiya infrastrukturunun təhlükəsizlik qaydalarının hazırlanması, digəri kritik infrastrukturu obyektlərinin reyestrinin strukturunun yaradılması və aparılması qaydasının layihəsinin və həmçinin kritik informasiya obyektlərinin meyarları idi.
 

"Artıq bu üç sənədin üçü də hazırlanıb. DTX və müvafiq dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib",- deyə Tural Məmmədov qeyd edib.

O həmçinin əlavə edib ki, kritik infrastrukturlar istiqamətində görülən işlər və qoyulan tələblər, bu sahədə bir çox istiqamətin inkişafına səbəb olacaq.

"Bunlardan biri təhlükəsiz əməliyyatlar mərkəzinin fəaliyyətinə dair tələblərdir, hansı ki, kritik informasiya infrastrukturlarında təhlükəsiz əməliyyatlar mərkəzinin formalaşması və bunun bir xidmət olaraq təhlükəsizlik provayderlərindən alınması əsas məsələlərdən biri kimi qoyulub.

Digər istiqamət kibertəhlükəsizlik xidməti göstərən işçi heyyətlərə dair tələblərdir ki, bu da professional kadr ehtiyaclarının yaradılması və eyni zamanda bunun təmini üçün universitet və akademiyaların üzərinə düşən yükü, həmçinin də bu kadr ehtiyacı məsələlərini daha qabarıq ortaya qoyacaq.

Üçüncü məsələ auditə olan tələblər məsələsidir. Əgər dövlət qurumlarında auditi biz DTX ilə birgə keçirəcəyiksə, bizim keçirəcəyimiz auditlərdən əlavə kritik informasiya infrastrukturlarının özlərinə də tələblər var ki, onlar belə auditləri üçüncü tərəflərlə də - özəl şirkətlərlə də keçirsinlər. Bu baxımdan, bu istiqamətdə də bir canlanma müşahidə olunacaq", - deyə Tural Məmmədov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO