Gəncənin simvolik gerbi yenidən ƏVVƏLKİ YERİNDƏ - FOTO 

Gəncənin simvolik gerbi yenidən ƏVVƏLKİ YERİNDƏ - FOTO 

Hazırda oxunan: Gəncənin simvolik gerbi yenidən ƏVVƏLKİ YERİNDƏ - FOTO 

94877

Gəncənin 6 metr hündürlükdə olan simvolik gerbi təmirdən sonra yerinə quraşdırılıb.

Bizim.Media-nın Qərb bürosu xəbər verir ki, bir müddətdir mütəxəssislər tərəfindən gerbin əsaslı təmir olunması istiqamətində iş aparılıb və proses başa çatıb.

Gəncənin simvolik gerbi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları və xüsusi texnikası vasitəsilə özünün ənənəvi yerinə - Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərinə yerləşdirilib.
Xatırladaq ki, bu ilin mart ayının 20-də Gəncə şəhərində əsən güclü külək nəticəsində Gəncənin simvolik gerbi də aşaraq zərər görüb.

6 metr hündürlükdə olan gerbə baxış zamanı güclü külək nəticəsində simvolların bəzilərinin yararsız hala düşdüyü aşkar olunub.

Onun yerində restavrasiya olunması mümkün olmadığı üçün gerb Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına əsasən, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi texnikaları vasitəsilə, əsaslı təmir məqsədilə qurumun emalatxanasına aparılıb.

Məqsəd Rəhimov, Bizim Media Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO