Bakı otellərindəki qiymətlərdə mövsümə uyğun olaraq cüzi artıb-azalma müşahidə olunduğu halda, bölgələrdəki otel və istirahət mərkəzlərində kəskin şəkildə azalma müşahidə olunmaqdadır.
Belə ki, sentyabrın 10-dan etibarən bölgələrdəki otellərin qiyməti 50 faizə qədər azaldılıb. Bu il Azərbaycana gələn turistlərin sayının 1 milyondan çox olduğunu nəzərə alsaq, bu ötən ilki nəticə ilə müqayisədə iki dəfə çoxdur.
Bəs COVİD pandemiyasından sonra ölkə turizminin canlandığı bir vaxtda qiymətləri kəskin azaldan səbəblər hansılardır?
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna qoşulan turizm üzərə ekspert Ceyhun Aşurov bildirib ki, otellərdəki qiymət azalması mövsümü səbəblərdən aslı olsa da, son günlər sərhəddə yaranan gərginliyin də təsiri var:
“Mövsümü azalma daxili və xarici turizmdə həmişə olub. Bu zaman yaranan boşluqları doldurmaq üçün otellər müxtəlif endirimli kompaniyalara start verirlər. Otellərdə qiymətlərin kəskin azalma səbəbi mövsümü faktorla yanaşı, əsasən regionda yaranan gərginliklə bağlıdır. İstənilən səbəbdən dolayı regionumuzda yaranan gərginlik dünya mediasında xeyli işıqlandırılır. Bu isə öz növbəsində xarici turistlərin sayının kifayət qədər azalmasına səbəb olur. Həmçinin yerli və xarici turistlər yay aylarında daha çox bölgələrə üz tutduğu üçün orada qiymətlər xeyli yüksəlir. Buna görə də, mövsümün sonunda, xüsusən də payız aylarında qiymətlər azaldığı zaman, yay ayı ilə müqayisədəki qiymətlər insanlarda təəccüb yaradır”.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi isə bunu mövsümü tələblərin dəyişməsi ilə əlaqələndirib:
"Xüsusilə, dünya üzrə əsas turizm mövsümü hesab olunan yay fəslində bu sahədə canlılıq yaranır və insanlar səyahətə, istirahətə daha çox üstünlük verdiklərindən yay mövsümündə qiymətlər ilin digər mövsümləri ilə müqayisədə daha yuxarı ola bilir. Turizm üçün daha passiv dövr hesab edilən payız aylarında isə tələb aşağı düşdüyü üçün otel və digər turizm xidmətlərinin də qiymətində azalmalar müşahidə olunur. Azalmalar isə təbii ki, təlabata uyğun şəkildə baş verir".
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:20 / 20.09.2022
Otellərdə qiymətlər birdən-birə 50 faiz aşağı düşdü - SƏBƏBLƏR
Hazırda oxunan: Otellərdə qiymətlər birdən-birə 50 faiz aşağı düşdü - SƏBƏBLƏR
Hazırda oxunan: Otellərdə qiymətlər birdən-birə 50 faiz aşağı düşdü - SƏBƏBLƏR
94770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.