"Bakıda 94 marşrut avtobusu gecikir" - BNA

Hazırda oxunan: "Bakıda 94 marşrut avtobusu gecikir" - BNA

94700

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 38 müntəzəm marşrut xətti üzrə 94 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 12-15 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-12 dəqiqə gecikmə müşahidə olunur

4.Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.

5.Xocalı pr - Yusif Səfərov küçəsi - Heydər Əliyev pr istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.

6.Akademik Həsən Əliyev küçəsi-hər iki istiqamətdə 6, 13, 61 və 83 nəmrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO