Moderator.az xəbər verir ki, bu açıqlama ilə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov çıxış edib.
Sabiq şöbə müdiri modern.az-a bildirib ki, icra başçısı Zakir Fərəcovun haqqında dediyi ifadələrlə razıdır: “Hər halda o araşdırma aparıb və nəticələrə əsasən qərar verib. Hazırda müvəqqəti olaraq Sumqayıt Şəhər Təhsil Şöbəsi metod kabinetinin direktoru Sabir Məmmədova həvalə olunub. Bu gün işimdən kənarlaşdırılmışam. Hələlik qarşıdakı fəaliyyət barədə düşünməmişəm. Müəllim işləmişəm, yəqinki müəllimlik fəaliyyətimi davam etdirəcəm”x9d. Qeyd edək ki, Sumqayıt şəhərinə yeni təyin olunmuş icra başçısı Z.Fərəcov müşavirə keçirib. Müşavirədə bir sıra məqamlara toxunan başçı təhsil sahəsindəki çatışmazlıqların da olduğunu bildirib və V.Ələkbərovu vəzifəsindən azad edib.


































































































