Eldar Mansurov: “İçərişəhəri eləmisiz lotuxana...”x9d

Eldar Mansurov: “İçərişəhəri eləmisiz lotuxana...”x9d

Hazırda oxunan: Eldar Mansurov: “İçərişəhəri eləmisiz lotuxana...”x9d

94623
Əsil bakılı İçərişəhərdə doğulandır. Bakı böyüyəndən sonra Bayırşəhər xa0İçərişəhər oldu.
xa0
Moderator.az xəbər verir ki, bu fikirləri görkəmli bəstəkar Eldar Mansurov Simsim.az-a verdiyi müsahibədə səsləndirib.
xa0
“Mənim nəslim-köküm içərişəhərlidi. Əsil bakılı İçərişəhərdə doğulandır. Bakı böyüyəndən sonra Bayırşəhər İçərişəhər oldu. İçərişəhərin də yuxarı-aşağısı var idi, hamı bir-birini tanıyırdı. Bir adam gələndə hamı onu tanıyırdı. Yəni bilirdilər ki, bu kimin uşağıdı. O vaxtlar həqiqi içərişəhərlilər qalmışdı, indi yoxdu. İçərişəhərdə salam alıb, salam vermək vardı. Amma indi İçərişəhərdə adamın gözünün içinə baxıb salam vermirlər. Təkcə İçərişəhərdə idi, demirəm, Azərbaycanın hər kəndində, bölgəsində salam verib, salam alırdılar. İçərişəhərdən Azərbaycanın çox tanınmış adamları çıxıblar. Əksəriyyəti İçərişəhərdə yaşayıblar. İdmançılar, yazıçılar, bəstəkarlar, musiqiçilər, rəssamlar”¦ Başqa bölgədən olub İçərişəhərdə yaşayan, oranın bütün özəlliklərini götürən sənətçilər də olub. İndi İçərişəhərdə 80 dənə ləhcə var. İçərişəhərin öz geyimi, danışıq tərzi vardı. Bir neçə il bundan qabaq bir nəfər bir heykəl düzəltmişdi, içərşəhərlinin obrazıdı guya. Demək bir adamdı, ayağını yapışdırıb divara, əlində təsbeh, başında kepka. Dedim, İçərişəhərdən bu qədər ziyalı adam çıxıb, siz İçərişəhəri eləmisiz lotuxana. Aerodrom papağı Sovetski uşaqları qoyub. İçərişəhərlilər aerodrom şapka qoymayıblar. Mən o məhəllələrin adətlərinin hamısını bilirəm”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO