“Düşmənin postuna girəndə üstümüzə 3 qumbara atdılar” - VİDEO

“Düşmənin postuna girəndə üstümüzə 3 qumbara atdılar” - VİDEO

Hazırda oxunan: “Düşmənin postuna girəndə üstümüzə 3 qumbara atdılar” - VİDEO

94589

Xəbər verdiyimiz kimi, 12-14 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralanan 282 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Bizim.Media xəbər verir ki, Xəzər televiziyası yaralı hərbçilərimizin müalicə aldığı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından süjet hazırlayıb.

“Üzbəüz döyüşürdük. Onların postlarına girəndə tikilinin içindən bir nəfər çıxdı, 2-3 qumbaranı çəkib bizə sarı atdı. İkisi yanımıza düşdü. Birinin qəlpəsi gözümə və dizimə dəydi”, deyə yaralı əsgərlərdən biri deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO