Türkiyə vətəndaşı Salyanda faciəvi şəkildə öldü

Türkiyə vətəndaşı Salyanda faciəvi şəkildə öldü

Hazırda oxunan: Türkiyə vətəndaşı Salyanda faciəvi şəkildə öldü

94504

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb. 

Bizim.Media xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı Süleyman Kurtuluş idarə etdiyi "Merdeces-Benz" markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb. 

O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb. 

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO