Qubada yaralı hərbçilərin ailələri ziyarət olundu - FOTO

Qubada yaralı hərbçilərin ailələri ziyarət olundu - FOTO

Hazırda oxunan: Qubada yaralı hərbçilərin ailələri ziyarət olundu - FOTO

94440

Sentyabr hadisələrində yaralanan hərbçilərin ailələri Qubada ziyarət olunub.

Bizim.Media xəbər verir ki, Quba RİH başçısının 1-ci müavini Tariyel İbrahimov və əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi Sadiq Əliyev hərbçilərin ailələrinə baş çəkib, yaralı övladlarının vəziyyəti, səhhəti ilə maraqlanıb, mövcud problem və qayğılarını dinləyiblər.

Rayon rəhbərliyi hərbçi ailələrinə vətənpərvər oğul böyütdükləri üçün təşəkkür edib.

Qeyd edək ki, Qubada son erməni təxribatı hadisələrində 7 hərbçi yaralanıb, onlardan 6-sının hazırda Müdafiə Nazirliyinin Baş Kliniki hospitalında müalicələri davam etdirilir, biri isə yaxşılaşaraq hərbi xidmət yerinə qayıdıb.

Ötən gün Quba RİH başçısı Ziyəddin Əliyev hərbi hospitalda yaralı hərbçiləri ziyarət etmişdi.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO