Tələbə adını qazanan şuşalı gənclər doğma şəhərlərinə getdilər - FOTO

Tələbə adını qazanan şuşalı gənclər doğma şəhərlərinə getdilər - FOTO

Hazırda oxunan: Tələbə adını qazanan şuşalı gənclər doğma şəhərlərinə getdilər - FOTO

94392

Şuşa rayonu üzrə yüksək bal toplayaraq tələbə adını qazanan 6 məzun öz doğma şəhərini ziyarət edib.

Bizim.Media xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə şəhərə dəvət olunmuş gənclər Şuşa qalası, Cıdır düzü, Vaqifin məqbərəsi, Bülbülün evi və digər tarixi məkanları ziyarət ediblər.

Məzunlarla görüşən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qeyd edib ki, ölkənin ən nüfuzlu elm ocaqlarına qəbul olan məzunlar ilk dəfə Şuşanı görməklə onun tariximizdə nə qədər vacib rola malik olduğunu əyani surətdə şahidi olublar.

Görüşün sonunda Məftun Abbasov məzunları tələbə adı qazanmaları münasibətilə təbrik edərək, onlara Şuşa Qoruğu adından hədiyyələr təqdim edib. Görüşdə Şuşa Şəhər Polis Şöbəsinin rəisi Səməd Məhərrəmov da iştirak edərək, gənclərə müvəffəqiyyətlər arzu edib.

Səfər çərçivəsində gənclər şəhərdə aparılan yenidənqurma və bərpa işləri ilə də yaxından tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO