Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı ARAŞDIRMA BAŞLADI - RƏSMİ

Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı ARAŞDIRMA BAŞLADI - RƏSMİ

Hazırda oxunan: Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı ARAŞDIRMA BAŞLADI - RƏSMİ

94364

Hərbi Prokurorluq sosial şəbəkələrdəki görüntülərlə bağlı araşdırmalara başlayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatın və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri tədbirlər görülməklə həmin qanunsuz əməllərin qarşısı qətiyyətlə alınıb.

Həmin ərəfədə bəzi sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinin meyitlərinə qarşı qanunsuz əməllərə yol verilməsi, habelə saxlanılmış təxribatçılara qarşı qeyri-insani rəftar göstərilməsinin iddia olunduğu görüntülər paylaşılıb.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO