Gömrük əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkəyə xeyli miqdarda qızıl məmulatlarının gətirilməsinin qarşısını alıb.
Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən bildiriblər.
Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə xeyli miqdarda qızıl məmulatlarının gömrük nəzarətindən gizli keçirilərək qaçaqmalçılıq yolu ilə gətiriləcəyinə dair əməliyyat məlumatı daxil olub.
Dərhal yaradılan əməliyyat qrupu tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Bayramov Tural Fikrət oğlu nəzarətə götürülüb.
Müvafiq yoxlanışlardan sonra gömrük nəzarəti zonasını tərk etmək istəyən Tural Bayramov əməliyyatçılar tərəfindən saxlanılıb və o Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunub.
Aparılan şəxsi yoxlama zamanı Bayramov Tural Fikrət oğlunun geyindiyi ayaqqabının hər iki tayının içliyinin altında gömrük nəzarətindən gizlədilən, üzərində 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində kəsildiklərinə dair məlumatlar əks olunan 78 ədəd qızıl sikkə aşkar edilib. Sikkələrin ümumi çəkisi 677 qram olub.
Bizim.Media