Bu gün adları açıqlanan iki ŞƏHİDİMİZ

Bu gün adları açıqlanan iki ŞƏHİDİMİZ

Hazırda oxunan: Bu gün adları açıqlanan iki ŞƏHİDİMİZ

94326

Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatların qarşısını alarkən şəhid olan daha 2 hərbçimizin adları açıqlanıb.  

Bununla da şəhidlərin sayı 79-a çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəhidlərimiz baş leytenant Nәcәfzadә Hüseyn Abbasqulu oğlu və әsgәr Omarov Eşqin Nәsib oğludur. H.Nəcəfzadə 11.10.1997-ci il, E.Omarov isə 10.07.2003-cü il təvəllüdlüdür. Onlar Milli Orduda xidmət edib. 

Qeyd edək ki, Baş Prokurorluq Eşqin Omarovun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat etdiyini açıqlayıb. Daha sonra Müdafiə Nazirliyi isə hərbçimizə şəhid statusunun verildiyini bəyan edib.

Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədilib. Təxribatlar zamanı 79 hərbçimiz şəhid olub.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO