Azərbaycanda internetin sürəti ZƏİFLƏYİB

Azərbaycanda internetin sürəti ZƏİFLƏYİB

Hazırda oxunan: Azərbaycanda internetin sürəti ZƏİFLƏYİB

94313

Bu ilin avqust ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 1 pillə geriləyib və 30,89 MB/S sürətlə 61-ci pillədə qərarlaşıb.

Bu barədə Bizim.Media “Speedtest Global Index”ə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 122-ci yerdə qərarlaşıb ki, bu da iyul ayı ilə müqayisədə 1 pillə geriləmədir. Avqustda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 22,15 MB/S olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Sinqapur (219,01 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,9 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Norveç 122,77 MB/S sürətlə birinci, Kuba isə 4,15 MB/S sürətlə sonuncu 140-cı yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO