Rezidenturanın boş qalan yerlərinə ixtisas seçimi APARILIR

Rezidenturanın boş qalan yerlərinə ixtisas seçimi APARILIR

Hazırda oxunan: Rezidenturanın boş qalan yerlərinə ixtisas seçimi APARILIR

94277

Rezidenturanın boş qalan plan yerlərinə ixtisas seçimi davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, bu gün saat 09:30-dək olan məlumata görə, 54 (Azərbaycan bölməsi -53, rus bölməsi - 1) nəfər ərizəsini təsdiqlədib. İxtisas seçimi sentyabrın 19-dək davam edəcək.

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2022, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO