Gəncə tanınmış Nizamişünas alimlə vidalaşdı – FOTO  

Gəncə tanınmış Nizamişünas alimlə vidalaşdı – FOTO  

Hazırda oxunan: Gəncə tanınmış Nizamişünas alimlə vidalaşdı – FOTO  

94270

Gəncənin elm ictimaiyyətinə ağır itki üz verib.

Filologiya üzrə elmlər doktoru, Gəncə Dövlət Universitetinin professoru, Nizami Gəncəvi ədəbi irsinin davamçısı, Nizami Gəncəvi Mərkəzinin direktoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli alim Xəlil Yusfli 87 yaşında dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Qazax rayonunun Aslanbəyli kəndində anadan olan alim 2009-cu ildə Azərbaycanda təhsil, elm və jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə N.Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin və AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə baş tutan vida mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ziyalıları və mərhumun ailə üzvləri iştirak ediblər.

Mərasimdə mərhumun övladları çıxış edərək atalarının xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkürlərini bildiriblər.

Daha sonra mərhumun ruhuna dualar oxunub. Alim doğulduğu Qazax rayonunda dəfn olunacaq.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO