Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunan foto müsabiqə keçirilir

Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunan foto müsabiqə keçirilir

Hazırda oxunan: Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunan foto müsabiqə keçirilir

9427

Ukraynanın Azərbaycandakı səfirliyi “Ukrayna və Azərbaycan: diplomatik münasibətləri 102 yaşında” adlı foto müsabiqə elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin açıqlamasında qeyd olunur.

Bildirilir ki, 1919-cu il fevralın 8-də Ukrayna Xalq Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə diplomatik münasibətlər yaradıblar:

"Sonradan ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il fevralın 6-da diplomatik münasibətlərimiz bərpa olundu”.

Müsabiqəyə Azərbaycan vətəndaşları və Azərbaycanda yaşayan Ukrayna vətəndaşları dəvət olunur.

İştirakçılar fevral ayının 5-dək səfirliyin “Facebook” səhifəsinə abunə olub orada iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərini daha dolğun əks etdirən foto, şəkilə dair qısa mətn yerləşdirməli, Ukraynanın Azərbaycandakı səfirliyi olduğunu qeyd etməlidir.

Müsabiqənin ən maraqlı fotoya, ən çox verilən like və repostların sayına görə iki qalibi müəyyənləşdiriləcək. Qaliblərə hədiyyə təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO