Pakistandan Azərbaycana daha bir DƏSTƏK - FOTO

Pakistandan Azərbaycana daha bir DƏSTƏK - FOTO

Hazırda oxunan: Pakistandan Azərbaycana daha bir DƏSTƏK - FOTO

94251

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının Energetika Nazirliyinin neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşüb.

SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüşün əvvəlində Musadik Məsud Malik Pakistan dövlətinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə edib, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan hərbiçilərimizin ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.

Söhbət zamanı Azərbaycan-Pakistan münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, neft-qaz sektorunda, xüsusilə neft məhsullarının ticarəti, maye təbii qaz (LNG) təchizatı, həmçinin təbii qaz infrastrukturunun inkişafı istiqamətlərində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə SOCAR-ın uzunmüddətli strateji təşəbbüslərindən bəhs edilib, regional və qlobal enerji layihələri, habelə xarici ölkələrdə reallaşdırdığı investisiyaları haqqında nazirə məlumat verilib.
Bu xüsusda, Pakistan şirkətləri ilə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO