Qubanın ucqar dağ kəndində sakinlərlə görüş keçirildi - FOTO

Qubanın ucqar dağ kəndində sakinlərlə görüş keçirildi - FOTO

Hazırda oxunan: Qubanın ucqar dağ kəndində sakinlərlə görüş keçirildi - FOTO

94242

Qubanın daha bir ucqar kəndində vətəndaşlarla görüş keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon mərkəzindən 38 km aralıda yerləşən Girdah və Rük İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərin  sakinləri rayonun icra başçısı Ziyəddin Əliyevin səyyar qəbulunda iştirak ediblər.

Yerli hüquq-mühafizə orqanları, rayon rəhbərliyinin qatıldığı görüşdə sakinlər əsasən yolla bağlı problemləri qabardıblar. Xanəgahdan Girdahı kəndinə  gələn 4 km bərbad yolun təmir edilməsi xahiş edilib.
Rayon rəhbəri yolun əsaslı təmir-bərpası üçün mərkəzi icra hakimiyyəti orqanlarında məsələ qaldıracağını deyib.

Qış aylarında yolun müvəqqəti istifadəsini asanlaşdırmaq üçün daxili imkanlar hesabına qismən təmir ediləcəyi qərara  alınıb. Səslənən digər məsələlərlə də bağlı tapşırıq verilib.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO