Şəhid Nihad Verdiyev Gəncədə dəfn edildi - FOTO

Şəhid Nihad Verdiyev Gəncədə dəfn edildi - FOTO

Hazırda oxunan: Şəhid Nihad Verdiyev Gəncədə dəfn edildi - FOTO

94239

Sentyabrın 16-da Gəncə şəhərinin Şəhidlər Xiyabanında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Laçın istiqamətində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçumuz, 2003-cü il təvəllüdlü Nihad Nicat oğlu Verdiyevin nəşi torpağa tapşırılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhidlə vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, QMİ-nin Qazilər şurasının üzvü, Gəncə İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasov, rayonun hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daşkəsən rayonunun Qaraqullar kəndində anadan olan şəhidin dəfn mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlara layiqli cavab verdiyini qeyd edib.
Şəhidin tabutuna bürünmüş Azərbaycan bayrağı şəhidin atası Nicat Verdiyevə təqdim edib.

Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub  və yaylım atəşi açılıb.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb ürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO