Daşkəsən qəhrəmanı torpağa tapşırdı - FOTO

Daşkəsən qəhrəmanı torpağa tapşırdı - FOTO

Hazırda oxunan: Daşkəsən qəhrəmanı torpağa tapşırdı - FOTO

94236

Daşkəsən rayonu bu gün şəhidi ilə vidalaşıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Şəhidlər Xiyabanında düşmənin Kəlbəcər istiqamətində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Süleymanov Turxan İdris oğlunun nəşi torpağa tapşırılıb. 

Vida mərasimində rayonun icra başçısı Əhəd Abıyev, Gəncə İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 
Dəfn mərasimində qeyd olunub ki, Daşkəsən rayon Quşçu qəsəbə sakini olan şəhid Süleymanov Turxan İdris oğlu ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına vuruşub. 

Şəhidin tabutuna bürünmüş Azərbaycan bayrağı atası İdris Süleymanova təqdim edilib.

Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub  və yaylım atəşi açılıb.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO