MÜDAFİƏ NAZİRLİYİ:

MÜDAFİƏ NAZİRLİYİ: "Sosial şəbəkələrdə paylaşılan videonun bizimlə əlaqəsi yoxdur"

Hazırda oxunan: MÜDAFİƏ NAZİRLİYİ: "Sosial şəbəkələrdə paylaşılan videonun bizimlə əlaqəsi yoxdur"

94225

Müdafiə Nazirliyi sosial şəbəkələrdə paylaşılan videogörüntülərlə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, məlum foto və videogörüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi olmadığı bildirilib.

"Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur.
 

MÖVZU İLƏ BAĞLI:

“6 min ailədaxili məsələlərə görə xərclənilib” - Şəhid Səbuhinin qardaşı - VİDEO


Bildiririk ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır.

Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!", - deyə açıqlamada qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO