Şəhid Rəhim Mikayılov Qubada dəfn edildi

Şəhid Rəhim Mikayılov Qubada dəfn edildi

Hazırda oxunan: Şəhid Rəhim Mikayılov Qubada dəfn edildi

9415

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan zabiti Rəhim Mikayılov ilə Quba rayonunun 2-ci Nügədi kəndində vida mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, vida mərasimində şəhidin yaxınıları ilə yanaşı Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Vida mərasimindən sonra şəhid baş leytenent kənd qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, baş leytenant Mikayılov Rahim Qabil oğlu 1990-cı ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb.

Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edərək zirvəyə Azərbaycan bayrağı sancan hərbçilərdən biri olub.

Oktyabrın əvvəlindən zabitlə əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmasa da, sonradan onun şəhid olduğu təsdiqlənib.

R.Mikayılov, ailəlidir. İtkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO