Tərtərdə bacısını öldürən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR 

Tərtərdə bacısını öldürən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR 

Hazırda oxunan: Tərtərdə bacısını öldürən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR 

94142

Tərtər rayonunda bacısını qətlə yetirməkdə ittiham olunan Aqil Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.

İttihama görə, bu il  iyulun 14-də saat 13 radələrində Tərtər-Şıxarx yolunun kənarında 1982-ci il təvəllüdlü Leyla Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Leyla Mustafayevanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
İstintaq orqanı tərəfindən Aqil Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO