Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il dekabrın 19-da respublikamızın ictimai-siyasi həyatında fəal iştirakına və insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanovanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejiminin tətbiq olunması səbəbindən ordenin təqdimatı dünən keçirilib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini Şuranın sədr müavini, İnsan hüquqları üzrə keçmiş müvəkkil (sabiq ombudsman), kimya elmləri doktoru, professor Elmira Süleymanovaya təqdim edib.
Görkəmli ictimai xadimi, tanınmış alimi dövlətimizin yüksək mükafatına layiq görülməsi münasibətilə təbrik edən Eldar Quliyev Elmira Süleymanovanın insan hüquqlarının qorunması sahəsində nümayiş etdirdiyi yüksək əzmkarlığı bir daha xatırladıb.
Qeyd edib ki, böyük alim və nüfuzlu şəxsiyyət olaraq Elmira xanım elmi və ictimai fəaliyyəti ilə ölkəmizə və xalqımıza dəyərli xidmətlər göstərib.
Xüsusilə bir ombudsman kimi Azərbaycanda insan hüquqlarının, azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində qazandığı uğurlar Elmira Süleymanovanın cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin nəticəsidir.
Eldar Quliyev əmin olduğunu bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü və sədr müavini olaraq görkəmli bir ictimai xadim kimi Elmira xanım bundan sonra da respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edəcək, vətənpərvər, mübariz gənc nəslin yetişməsində əhəmiyyətli rol oynayacaq, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə var qüvvəsini, bilik və bacarığınızı əsirgəməyəcək.
O, həmçinin qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandanımız Heydər Əliyevin bilavasitə rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu vasitəçi dövlətlərin 30 il ərzində həll edə bilmədiyi məsələni cəmi 44 gün ərzində həll etməklə torpaqlarımızı erməni işğalından azad edərək ölkəmizin tarixi ərazi bütövlüyünü bərpa etdi.
Artıq üçrəngli bayrağımız illərdir yolumuzu gözləyən şəhər və kəndlərimizdə dalğalanır.
Azərbaycan Ağsaqqallar Şurası da böyük ruh yüksəkliyi ilə həmin bölgələrdə öz fəaliyyətini bərpa edəcək.
Sonra Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, deputat Əhliman Əmiraslanov, müavinlər – deputat Eldar İbrahimov, Tahir Süleymanov, Vahid Novruzov və Bayram Yusifov Elmira xanımın insan hüquqlarının qorunması sahəsində dəyərli xidmətlərindən, həmçinin səmərəli elmi fəaliyyətindən bəhs ediblər.
Elmira xanımı bu ali mükafata layiq görülməsi münasibətilə təbrik edən natiqlər ona uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.
Yüksək dövlət mükafatı ilə təltif olunduğuna, göstərilən diqqətə görə Elmira Süleymanova ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirərək, Vətənimizin tərəqqisi naminə bundan sonra da var qüvvəsi ilə çalışacağını vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:18 / 23.01.2021
Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edildi
Hazırda oxunan: Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edildi
Hazırda oxunan: Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edildi
9414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.