Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan əsgər Nəbiyev Hüseynalı Hikmət oğlu Cəlilabad rayonunda dəfn edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Nəbiyev Hüseynalı rayonun Bəcirəvan kəndində dəfn edilib.
Dəfn mərasimində şəhidin yaxınları, İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatları zamanı 71 hərbçimiz şəhid olub.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
