Yardımlıda ŞOK olay: 2 arvadlı direktor baldızı ilə zorla kəbin KƏSDİRDİ - FOTO

Yardımlıda ŞOK olay: 2 arvadlı direktor baldızı ilə zorla kəbin KƏSDİRDİ - FOTO

Hazırda oxunan: Yardımlıda ŞOK olay: 2 arvadlı direktor baldızı ilə zorla kəbin KƏSDİRDİ - FOTO

94016

“Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb sap sağlam olan bacısının mövcud əri onunla evlənməyə məcbur edib”.

Bizim.Media xəbər verir ki, rəzalət doğuran bu məlumatı "Təmiz Dünya" Qadinlara Yardim Ictimai Birliyinin sədri Mehriban Zeynalova şəxsi sosial şəbəkə hesabında ictimailəşdirib.

Onun sözlərinə görə, hətta qızın ailəsi də bu izdivacda həmin "ərə" yardım üçün iştirak edib:

“Demək gedib qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan. "Ər" qızı boğaraq onula zorla ərdə olmasını tələb edib. Maraqlı bilirsiz nədir? Orta əsir qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mümkünsə, bu direktorla məşğul olun. Əgər bu belədirsə həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır.

Keçək ikinci məsələyə Yardımlı polis əməkdaşı ( adını bilmirəm). Mənə zəng vurub və soruşdu ki, bizdə yardımlı vətəndaşı varmı. Bildirdik ki, var. Dedi həmin "ər" gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin. Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapıya.

Əməkdaş polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, cavab adam axtarışa verilib, gətirməliydim. Qardaş polisin yanında hədə qorxu gəlib əməkdaşımıza, amma polis hədənin qarşısını almayıb”.

Lakin bundan sonra Binəqədi RPİ tərəfindən sözügedən qadına yardım göstərilib: 
 

“Bu arada Binəqədi rayon Polis idarəsinin Xidmət üzrə müavini polis polkovnik-leytenantı Axundov Vüsal Həsən oğluna minnətdalıq edirik ki, qadına dərhal ilkin yardım göstərib. Qida, ayaqqabı həm uşağa həm qadına alıb və sığınacağa istiqamətləndirib.


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xahiş edirik, orta əsir qaydalarını dəstəkləyən polislə bağlı ölçü götürün. Yeri gəlmiş qadının və uşağının sənədləri girov saxlanılıb və həmin sənədlər mümkünsə alınıb verilsin şəxsin özünə. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi belə başa düşdüm ki, Yardımlı rayonunda davamlı monitorinqə ehtiyac var”, - deyə M.Zeynalova aidiyyəti qurumlara problemin həll olunması ilə bağlı xahiş ünvanlayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO