Şuşaya avtobus səfərləri TƏXİRƏ SALINDI – ÖZƏL 

Şuşaya avtobus səfərləri TƏXİRƏ SALINDI – ÖZƏL 

Hazırda oxunan: Şuşaya avtobus səfərləri TƏXİRƏ SALINDI – ÖZƏL 

94013

Bizldiyimiz kimi sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatın ardınca erməni sərhədçiləri tərəfindən mütəmadi olaraq atəşkəs pozulur. 

Hazırda erməni silahlıları bölgəni tərk etmədiyindən narahatlıq qalmaqdadır. 

Bizim.Media-ya durumla əlaqəli olaraq, Şuşaya təşkil edilən avtobus səfərlərinin təxirə salınması ilə bağlı məlumatlar daxil olub.

Saytımıza müraciət edən bir neçə sərnişin faktı təsdiqləyib. Onların bildirdiyinə görə sentyabrın 17-nə təyin olunan səfərləri oktyabrın 5-nə təxirə salınıb. Bu barədə isə onlara Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən əlaqə saxlanılaraq bildirilib. 
Digər mənbələrdən əldə etdiyimiz məlumata görə mövcud vəziyyətə görə Şuşaya tur səfərləri artıq bir neçə gündür ki, təxirə salınıb.  

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Tural Orucov Bizim.Media-ya məsələni təsdiqləyib. Onun sözlərinə görə təxirə salınan reys tarixləri dəyişincə məlumat veriləcək: 

"Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən işğaldan azad olunan ərazilərə - Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə 15, 16 və 17 sentyabr tarixlərinə nəzərdə tutulan səfərlər təxirə salınaraq başqa tarixlərə keçirilib. Bu haqda sərnişinlərlə telefon əlaqəsi yaradılaraq məlumat verilib", - deyə qurum rəsmisi əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO