Yeni tədris ilinə şagirdlərimiz necə başladı? - STATİSTİKA

Yeni tədris ilinə şagirdlərimiz necə başladı? - STATİSTİKA

Hazırda oxunan: Yeni tədris ilinə şagirdlərimiz necə başladı? - STATİSTİKA

93989

Şəkildə gördüyünüz bu əkiz başı-qardaş Məryəm və Davud Sultandır. Bu ilin birincilərindəndirlər.

Artıq neçə gündür ki, məktəbə gedəcəkləri günü səbirsizliklə gözləyirlər. Bir gün öncədən anaları ilə birlikdə məktəb üçün lazım olan bütün əşyalarını, geyimlərini hazırlayıblar. 

Onlar Xırdalan şəhər 9 saylı tam orta məktəbin I d sinfinə qəbul olunublar. Müəllimələri isə ibtidai siniflər üzrə təcrübəli mütəxəsis Gülnarə müəllimədir. Davud deyir ki, bu gün məktəbdə ilk işimiz şəhidlərimizi anmaq olacaq və ilk gündən onların ruhuna layiq olmağa çalışacağıq. Deyir ki, ikinci vəzifəm isə bacım Məryəmin qayğısına qalmaqdır. Çünki ana və bacılarımızı qorumaq bizim vəzifəmizdir.

Bizim.Media xəbər verir ki, 2022-2023-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 616 min 214 şagird təhsil alacaq. Bu gün onların ilk dərsləri də  “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Məryəm və Davud Sultan kimi, bu il ölkə üzrə 158 min 297 şagird ilk dəfə məktəbə ayaq basacaq. Tək Bakı şəhərində onların sayı 46 min 200 nəfərdir.

Sevinclə qeyd olunan məlumat isə Zəngilan rayonunun Ağalı kəndində 29 ildən sonra ilk dərs gününün keçirilməsidir. Belə ki, Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra bu gün 360 şagird yerlik ikimərtəbəli məktəbdə təhsil almaq üçün 60-dan çox şagird məktəbə gedib.

Bakı Şəhər Təhsil İdarəsinin məlumatına əsasən paytaxt təhsilinin statistik mənzərəsini təqdim edirik:

- 660 təhsil müəssisəsi

Onlardan:

- 320 ümumi təhsil məktəbi

- 340 məktəbəqədər təhsil müəssisəsi

- 28 739 müəllim (ümumi təhsil məktəbləri üzrə)

- 485 000-ə yaxın şagird

- 36 465 uşaq (məktəbəqədər təhsil müəssisələri üzrə)

- 4 290 tərbiyəçi-müəllim (məktəbəqədər təhsil müəssisələri üzrə)

Məktəbəhazırlıq qrupları

2022-2023-cü tədris ili (proqnoz):


- 281 ümumi təhsil müəssisəsi

- 1 185 məktəbəhazırlıq qrupu 

- 29 000-dən çox beşyaşlının məktəbəhazırlığa cəlb olunması nəzərdə tutulur 

Birinci sinif 

- 46 000-dən çox şagird

Onlardan: 

- 45 784 nəfər ümumi təhsil məktəbləri üzrə

- 326 nəfər isə lisey və gimnaziyalar üzrə

İnfrastruktur

- 8 yeni məktəbin inşası başa çatdırılıb.

- 4 məktəbdə əsaslı təmir və tikinti işləri aparılıb.

- Ehtiyac olan məktəblərdə cari təmir və mühəndis-kommunikasiya işləri yerinə yetirilib.

- Dərsliklər və müəllimlər üçün metodik vəsaitlər məktəblərə çatdırılıb.

Səkinə Yusibli, Bizim.Media
 













 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO