Xəbər verildiyi kimi Ermənistanın təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub.Bundan əvvəl isə Müdafiə Nazirliyi genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun şəhid olduğunu açıqlamışdı.
Beləliklə, Ermənistanın son təxribatları zamanı şəhid olan hərbçilərimizin sayı 71-ə çatıb.
Son siyahıda şəhidlər arasıda ən gəncinin 18 yaşı var.
Əsgər Qəfərli Amin Rasim oğlu 2004-cü il təvəllüdlüdür. 5 nəfər 2003 təvəllüdlü, 4 nəfər 2002-ci il təvəllüdlü, 3 nəfəri isə 2001-ci il doğumludur.
MÖVZU İLƏ BAĞLI:
Bu gün adları açıqlanan 21 ŞƏHİDİMİZ – SİYAHI - FOTO
Qeyd edək ki, Müdafiə Nazirliyinin bundan əvvəl açıqladığı 50 nəfərlik siyahısında isə ən gənc şəhidimiz Əsgər Hәsәnov İbrahim Şöhrәt oğludur.
Xatırladaq ki, sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Alçina Amilqızı, Bizim.Media