Xəbər verdiyimiz kimi, Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Nəticədə Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Bu gün isə Müdafiə Nazirliyi daha 21 şəhidimizn adlarını açıqlayıb. Beləliklə, Ermənistanın son təxribatları zamanı şəhid olan hərbçilərimizin sayı 71-ə çatıb.
Bu gün adları açıqlanan 21 şəhidimizin SİYAHISI:
Qəfərli Amin Rasim oğlu - 2004
Qasımov Nihad Mehman oğlu - 2003
Qasımov Rəşad Ənvər oğlu - 2003
Quliyev Fərid Vahid oğlu - 2003
Qurbanov Xəqan Daşqın oğlu - 2002
Qurbanzadə Cəmil Anar oğlu - 2003
Lətifov Fərid Qiyas oğlu oğlu - 2001
Mahmudzadə Ülvi Məzahir oğlu - 1991
Məhərrəmov Elnur Nərbala oğlu - 2001
Məhərrəmov Turan Tərlan oğlu - 2001
Məmmədli Namiq Ağəmməd oğlu - 1996
Məmmədov Səfiyar Elşən oğlu - 2002
Muradov Bəxtiyar Güloğlan oğlu - 2003
Nəbiyev Hüseynalı Hikmət oğlu - 1999
Nəsibov Kənan Cəbrayıl oğlu - 1999
Rzayev Tərlan Pərviz oğlu - 2003
Səmədov Elmin Mirzəli oğlu - 1996
Süleymanov Xəyal Elxan oğlu - 1996
Şirinov Polad Seyran oğlu - 2002
Verdiyev Nihad Nicat oğlu - 2003
Zülfüzadə Coşqun Ədail oğlu - 2003
Bizim.Media