Gecə klubundakı partlayışla bağlı YENİ XƏBƏR - Prokuror çıxış üçün vaxt istədi

Gecə klubundakı partlayışla bağlı YENİ XƏBƏR - Prokuror çıxış üçün vaxt istədi

Hazırda oxunan: Gecə klubundakı partlayışla bağlı YENİ XƏBƏR - Prokuror çıxış üçün vaxt istədi

93876

Bakıda “Location” gecə klubunda baş verən partlayışa görə həbs edilən Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Orxan Səfərlinin qardaşı Elşən Səfərli təqsirləndirilən Rəsul Rəsulovun vəkili Umud Əbdürəhmanlının suallarını cavablandırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

“Mənə hər şeyi boynuna götür dedilər” – Gecə klubundakı partlayışla bağlı YENİ FAKTLAR 


Rəsul Rəsulovun vəkilinin suallarını cavablandıran şahid deyib ki, “Merser food” MMC ilə işləmək barədə müqaviləsi olmayıb və onun işi "Pub"da görülən işlərə nəzarət etmək olub.

Şahid qeyd edib ki, Rəsul Rəsulov 2020-vi iləd "Merset good" MMC-də işləyib, 1000-1200 manat əməkhaqqı alıb: "İşçilərin işə götürülməsinə mən də, Rəsul da nəzarət edirdi".

Elşən Səfərli deyib ki, Rəsul Rəsulovun işə götürülməsi ilə bağlı onda heç bir məlumat olmayıb.

Bildirib ki, sənəd işləri ilə heç vaxt maraqlanmayıb. Şahidin sözlərinə görə, Rəsul Rəsulov 2022- ci ilin fevralın əvvəlində gecə klubunda işləməyə başlayıb: 

""Location” gecə klubunda Rəsulun nə qədər maaş almasını bilməmişəm. Həmin gecə klubuna işçiləri Rəsul götürüb. Mənim bundan xəbərim olmayıb". 

Şahid bildirib ki, "Pub"da Rəsul maliyyə işlərinə baxmayıb:

 "Bu səbəbdən onun mənə maliyyə işləri bağlı hesabat verməyib. Amma digər gördüyü işlərlə bağlı mənə hesabat verirdi. Amma gecə klubunda gördüyü işə görə faiz alacaqdı. Həmin faizin nə qədər pul olması barədə məndə məlumat olmayıb".

Səfərli deyib ki, onların işçiləri gecə klubuna gediblər və orada istirahət ediblər. Qeyd edib ki, gecə klubunda partlayışdan sonra Rəsul Rəsulovu "Dəmirçi Plaza"ya dəvət edib: "Həmin vaxt hadisə baş vermişdi. Mən də Rəsulu çağırdım ki, bu barədə söhbət edək".

Elşən Səfərli deyib ki, gecə klubunu  icarəyə götürməyə Rəsul Rəsulovla birlikdə getsə də, oranın işlədilməsində iştirak etməyib:

"Gecə klubunu Rəsulla Sərxan alıb. Onlar işlədiblər".

Daha sonra Rəsul Rəsulovun vəkili vəsatətlə çıxış edib. Vəkil gecə klubunda təhlükəsizlik aktına imza atan şəxslərini imzalarının yoxlanılması ilə bağlı xətşünaslıq ekspertizasının keçirilməsini istəyib. Vəkil bildirib ki, həmin aktda Rəsul Rəsulovun yanğın təhlükəsizliyinə məsul şəxs olması barədə etdiyi imzalarım yoxlanılması müəyyən edilsin. 

Vəkil daha sonra "Merser food" MMC-nın işçilərin götürülməsi ilə bağlı əmrlər kitabının məhkəməyə gətirilməsini, həmçinin MMC-nin kompüterinə baxış keçirilməsini istəyib. 

O, MMC-nin baş mühasibi Sərxan Ramazanovun məhkəməyə əlavə şahid qismində dəvət olunmasını xahiş edib. 

Məhkəmə vəsatətlərin təmin etməyib. Bu zaman vəkil hakim tərkibinə yazılı etiraz verib. Vəkil deyib ki, hakim onun vəsatətlərin əsasız olaraq təmin etməyib. 

Müşavirə keçirən hakim heyəti etirazı baxılmamış saxlayıb. Hakim deyib ki, hər üç etiraza Bakı Apellyasiya Məhkəməsi baxır, amma vəsatətdə bu qeyd olunmayıb. Daha sonra hakim heyəti məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edib və çıxış etmək üçün prokurora söz verib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. 
Növbəti proses sentyabrın 19-da davam edəcək.

İttihama görə, hadisə bu il aprelin 3-də, gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib.

Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb.

Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərliyə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Cinayət işi üzrə 53 zərərçəkmiş qismində tanınıb.

Zərərçəkmişlərin siyahısında bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova da var.

O, həmin partlayışda ağır xəsarət alıb.

Rəsul Rəsulov və Orxan Səfərli həbsdədir. Digər təqsirləndirilən Ruslan Məmmədovun barəsində əvvəllər həbs qətimkan tədbiri seçilsə də, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO