Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyəti dayandırıldı? – Rəsmi AÇIQLAMA

Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyəti dayandırıldı? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyəti dayandırıldı? – Rəsmi AÇIQLAMA

93817

Son 2 gündə Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribat aparmaqda davam edir. Təəssüflə qeyd etmək lazımdır ki, genişmiqyaslı təxribatın qarşısı alınarkən 50 hərbi qulluqçumuz şəhid olub. 

İnsanların üzüntüsünün, gərginliyinin pik olduğu vaxtda sosial şəbəkə platformalarında da cəbhə haqqında həqiqəti əks etdirməyən informasiyalar yayılır.

Bilərək və ya bilməyərəkdən qoşunların dislokasiyası, hərbçilərin və gərginliyin müşaiyyət olunduğu ərazilərdən çəkilmiş görüntülər paylaşılır. Artıq dünəndən etibarən Ermənistanda TikTok qismən bloklanıb. Azərbaycanda da bir qrup yerli istifadəçilər ölkədə sözügedən sosial şəbəkə platformasının müvəqqəti məhdudiyyətini tələb edirlər. 

Bəs bu halda məhdudiyyət ölkəmizdə də tətbiq oluna bilərmi?

Millət vəkili Razi Nurullayev Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə sosial şəbəkələrin, xüsusi ilə TikTok-un Azərbaycanda məhdudlaşdırılmasına o qədər də ehtiyac yoxdur:

“Əgər biz 2020-ci ildə sosial mediada olan paylaşımlarla, indiki vəziyyətimizi müqayisə etsək, görə bilərik ki, artıq Azərbaycan xalqı ümumiyyətlə mətbuatdan və aidiyyəti qurumların verdiyi tövsiyələrdən nəticə çıxarıblar və həssas məlumatları paylaşmırlar. Amma kimsə baxış yığmaq üçün bizim əsgərlərimizin, zabitlərimizin həyatını təhlükə altına atırsa, artıq o şəxs linç olunmalı, hesabı şikayət edilməlidir.
 

Təbii ki, hüquq mühafizə orqanları, gizli xidmətlərimiz də bu işin arxasında dayanan şəxsi aşkara çıxarıb ən sərt şəkildə də cəzalandırmalıdır. Mən özüm də sosial şəbəkədə paylaşılan məlumatlara baxdığım zaman indi vəziyyətin o qədər də acınacaqlı və nəzarətdən kənara çıxması halını müşahidə etmirəm”.


Mövzu ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən rəsmi olaraq sözçü Vüsalə Səid bildirdi ki, “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “TikTok” sosial şəbəkəsinə girişlə əlaqədar hər hansı məhdudiyyət tətbiq olunmayıb”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO