Zərdabda şəhid Fərid Rüstəmovla vida mərasimi keçirilib - FOTO

Zərdabda şəhid Fərid Rüstəmovla vida mərasimi keçirilib - FOTO

Hazırda oxunan: Zərdabda şəhid Fərid Rüstəmovla vida mərasimi keçirilib - FOTO

93800

Ermənistan ordusunun növbəti təxribatının qarşısını alarkən şəhid olan Dövlət Sərhəd Xidmətinin kiçik giziri şəhid Fərid Nofəl oğlu Rüstəmovla Zərdabda vida mərasimi keçirilib. Vida mərasimində rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, xidmət etdiyi Sərhəd Xidmətinin vəzifəli şəxsləri, eləcə də şəhidin hərbçi yoldaşları, yaxınları iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, Fərid Rüstəmovun nəşi rayonda böyük izdihamla qarşılanıb.

Onun nəşi əvvəlcə böyüyüb boya-başa çatdığı Kəndəbil kəndindəki evinə gətirilib. Vida mərasimində iştirak edən insanlar “Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlarla mənfur düşmənə qarşı öz nifrətlərini bildiriblər. 
 

Vida mərasimindən sonra şəhidimizin nəşi Kəndəbil kənd qəbristanlığında torpağa tapşırılıb. 

Kiçik gizir Fərid Rüstəmov ailəli idi, onun 2 övladı Vətənə əmanət qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO