Ən çox mütaliə edən BÜRCLƏR – 6 KİTAB QURDU

Ən çox mütaliə edən BÜRCLƏR – 6 KİTAB QURDU

Hazırda oxunan: Ən çox mütaliə edən BÜRCLƏR – 6 KİTAB QURDU

93791

Kitab oxumaq olduqca önəmli olsa da, hər kəs bu vərdişə sahib ola bilmir. Belə ki, bəziləri, ümumiyyətlə, kitab oxumağı mənasız sayır, bəziləri isə müxtəlif bəhanələrlə bundan yayınmağa çalışırlar. Lakin fakt faktlığında qalır, bir sıra aspektlərdən mütaliə etmək zərurətdir.

Bir sıra insanlar üçün isə kitab oxumaq artıq həyat tərzinə çevrilib. Onlar özlərini kitablardan ayrı təsəvvür edə bilmirlər.

Bizim.Media ən çox kitab oxuyan bürclərin siyahısını təqdim edir:

1. Dolça

Dolçalar ev kitabxanasındakı kitabların sayına görə liderdilər. Və əmin olun ki, onların əksəriyyətini artıq oxuyublar. Bu insanlar hər yerdə və istənilən vaxt mütaliə edə bilərlər. Onlar xüsusilə elmi fantastika və klassik ədəbiyyata üstünlük verirlər. Dolça üçün kitablar ilk növbədə bu dünya haqqında yeni fikirlər və biliklər mənbəyidir.

2. Oxatan

Özünə güvənən və məqsədyönlü Oxatanlar başqalarından daha tez-tez mühüm kəşflər edir və “tərəqqi mühərriki” olurlar. Onlar təfərrüatlara diqqət yetirirlər və ciddi həvəs göstərdikləri şeylər haqqında həqiqətən ensiklopedik bilikləri bölüşməkdən məmnundurlar. Onlar yemək dərgilərindən tutmuş, ciddi elmi əsərlərə qədər müxtəlif mövzulu ədəbiyyatlara müraciət edə bilərlər.Və bu bürcün insanları ədəbi personajlara asanlıqla aşiq olur və hətta reallıqda oxşar birini tapmağa çalışırlar.

3. Oğlaq

Bu bürcün səbirli və çevik nümayəndələri öz intellektual səviyyələrini daim təkmilləşdirirlər. Təbiətcə istedadlı, lakin tənbəl Dolça və Əkizlərdən fərqli olaraq, onlar zəhmətlə bilik əldə etməyə vərdiş edirlər və buna görə də tez-tez əhəmiyyətli nəticələr əldə edirlər. Onlar müntəzəm oxuyuculardır və bu onlarda uzun illər davam edən vərdişə çevrilib. Oğlaqlar daha çox işləri və ixtisasları ilə bağlı olan kitabları oxumağa üstünlük verirlər.

4. Əkizlər

Əkizlərin yeni bilik və bacarıqlara olan həvəsi hədsizdir. Onlar kosmik sürətlə müxtəlif informasiyanı mənimsəməyə qadirdirlər, lakin onların hamısını çeşidləmək üçün dayanmağa heç hazır deyillər. Buna görə də onlar xeyli sayda və dayanmadan kitab və məqalələr oxusalar belə, əldə etdikləri bilgiləri konkretləşdirib, fikir formalaşdırmaqda çətinlik çəkirlər. Onlar detektiv, triller, macəra janrlarındakı əsərləri daha çox bəyənirlər. Əsas odur ki, oxumaq darıxdırıcı olmasın.

5. Buğa

Buğalar təkcə kitab oxumağa deyil, həm də əldə etdikləri bilikləri praktikada tətbiq etməyə çalışırlar. Onlar hər kəsin diqqətini öz qabiliyyətlərinə və uğurlarına yönəltməyə öyrəşmirlər və buna görə də çox vaxt sadəlövh və tənbəl görünürlər. Ancaq onları daha yaxından tanıyandan sonra bunun heç də belə olmadığını dərhal anlayacaqsınız. Buğa düşüncəli və yavaş-yavaş oxuyur, tətbiqi ədəbiyyata üstünlük verir. Onlar oxuduqlarından faydalanmağı yaxşı bacarırlar.

6. Qız

Buğa kimi qızlar da ilk növbədə praktik intellektə malikdirlər. Gəncliklərində adətən çox oxuyurlar, ancaq ən parlaq duyğulara səbəb olan əsərlər uzun müddət yaddaşlarda qalır. Amma onların gözəl yaddaşı var. Qız bürcləri tez bir zamanda yeni bir işə yiyələnir və iş üçün lazım olan kitabları asanlıqla tapa bilirlər. İstər öz ixtisaslarına uyğun ədəbiyyat olsun, istərsə də faydalı şəxsi keyfiyyətlərin inkişafı üçün addım-addım təlimatlar. Onlar psixoloji və fantaziya romanlarını daha çox sevirlər. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO