TƏBİB-dən Ermənistanın təxribatı nəticəsində yaralanan mülki şəxslərlə bağlı AÇIQLAMA

TƏBİB-dən Ermənistanın təxribatı nəticəsində yaralanan mülki şəxslərlə bağlı AÇIQLAMA

Hazırda oxunan: TƏBİB-dən Ermənistanın təxribatı nəticəsində yaralanan mülki şəxslərlə bağlı AÇIQLAMA

93784

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların nəticəsində mülki şəxs - Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən Bizim.Media-ya verilən xəbərə görə, A.Musayev sol baldırın qəlpə yarası diaqnozu ilə sentyabrın 13-ü saat 22:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan 1 saylı Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib.

“Xəstəyə zəruri tibbi yardım göstərilib, daha sonra dizaltı arteriyanın doppler müayinəsi üçün Gəncədə yerləşən özəl tibb müəssisəsinə göndəriş verilib. Müayinə nəticəsində əməliyyat edilməsi qərara alınıb”,-bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO