Xaçmaz rayonu bu gün şəhidi ilə vidalaşıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun ucqar Əbilyafaq kəndində təntənə ilə qarşılanan 33 yaşlı hərbi qulluqçunun nəşi çox böyük izdihamla kənd qəbristanlığına aparılıb.
Rayon İH, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, qazilər və şəhid ailələrinin qatıldığı dəfn mərasimində şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verilib.
Xaçmaz İH başçısı Elnur Rzayev şəhidin doğmalarına bildirib ki, Elnur kimi oğullar torpağımıza müdaxilənin qarşısını aldılar, canlarını qurban verdilər, belə övladlarla yalnız qürur duymaq olar.
Qeyd edək ki, 33 yaşlı Elnur Rüstəmovun özündən nişanə 3 oğlu əmanət qaldı. Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:23 / 14.09.2022
Xaçmaz şəhidi son mənzilə yola salındı – FOTO
Hazırda oxunan: Xaçmaz şəhidi son mənzilə yola salındı – FOTO
Hazırda oxunan: Xaçmaz şəhidi son mənzilə yola salındı – FOTO
93778
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.