Cəlilabad şəhidi son mənzilə belə yola salındı – FOTO

Cəlilabad şəhidi son mənzilə belə yola salındı – FOTO

Hazırda oxunan: Cəlilabad şəhidi son mənzilə belə yola salındı – FOTO

93752

Cəlilabad rayonunda şəhidin dəfn mərasimi keçirilib.  

Bizim.Media-nın cənub bürosunun verdiyi xəbərə görə, rayonun Əsədli kənd sakini XTQ-nın giziri 1992-ci il təvəllüdlü Həsənov Səid Sarıbala oğlu doğulduğu kənddə torpağa tapşırılıb.  

Şəhidin cənazəsini gətirən avtomobil karvanı yolboyu sakinlər tərəfindən üçrəngli bayraqlarla müşayiət olunub.  

Dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər. Nişanlı olan şəhidimiz toyuna hazırlaşırdı.  

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.  

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO