Kolleclərə qəbul olanların qeydiyyatı başlayır

Kolleclərə qəbul olanların qeydiyyatı başlayır

Hazırda oxunan: Kolleclərə qəbul olanların qeydiyyatı başlayır

93707

Bu gündən ümumi orta təhsil bazasından kolleclərin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olanların qeydiyyatına başlanılır.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətçilər //portal.edu.az/ üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Xatırladaq ki, qeydiyyat sentyabrın 20-si saat 23:59-da yekunlaşacaq. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO