Qubadakı ağır qəzada itkin düşmüş şəxsin meyiti tapıldı

Qubadakı ağır qəzada itkin düşmüş şəxsin meyiti tapıldı

Hazırda oxunan: Qubadakı ağır qəzada itkin düşmüş şəxsin meyiti tapıldı

93698

Qubada Xınalıq yolunda baş verən qəzada itkin düşən 42 yaşlı Qrız Dəhnə kənd sakini Elxan Qənbərovun meyiti tapılıb.  

Quba İH-dən Bizim.Media-ya verilən məlumata görə, mərhumun meyiti hadisə yerindən bir az aralıda - körpünün üst hissəsində şişmiş halda tapılıb. 

Meyit şişməsi səbəbindən suyun üzərinə çıxıb.  

Xatırladaq ki, sentyabrın 11-i gecə saat 2-də Xınalıq yolunda "Niva" markalı avtomaşının aşması nəticəsində sürücü, 34 yaşlı Valid Beydullayev və sərnişini, 52 yaşlı İlham Əhmədov yerindəcə ölüb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO