Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində şəhidlərimiz olub.
Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
"Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik.
Şəhidlərimizin qanı yerdə qalmadı.
Bildiririk ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq", - deyə Müdafiə Nazirliyindən bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:36 / 13.09.2022
Azərbaycan Ordusunun 50 hərbi qulluqçusu ŞƏHİD OLUB - RƏSMİ
Hazırda oxunan: Azərbaycan Ordusunun 50 hərbi qulluqçusu ŞƏHİD OLUB - RƏSMİ
Hazırda oxunan: Azərbaycan Ordusunun 50 hərbi qulluqçusu ŞƏHİD OLUB - RƏSMİ
93650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.