Qubadakı qəzada itkin düşən şəxsin axtarışları DAVAM EDİR – FOTO  

Qubadakı qəzada itkin düşən şəxsin axtarışları DAVAM EDİR – FOTO  

Hazırda oxunan: Qubadakı qəzada itkin düşən şəxsin axtarışları DAVAM EDİR – FOTO  

93602

Qubada itkin düşən sərnişin tapılmır.  

Artıq 2-cü gündür Quba-Xınalıq yolunda qəzada itkin düşdüyü ehtimal edilən 42 yaşlı rayon sakini Elxan Qənbərovun meyitinin Qudyalçayda axtarışları davam edir.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, FHN-nin xilasediciləri tərəfindən aparılan axtarış tədbirləri çayda suyun çox olması ilə əlaqədar olaraq bu gün də nəticə verməyib.  

Xatırladaq ki, sentyabrın 11-i gecə saat 2-də Xınalıq yolunda "Niva" markalı avtomaşının aşması nəticəsində sürücü, 34 yaşlı Valid Beydullayev və sərnişini, 52 yaşlı İlham Əhmədov yerindəcə ölüb. 
Elxan Qənbərov isə itkin düşüb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO