Baş bəlasına çevrilən Bakı-Quba yolunun təmiri niyə YEKUNLAŞMIR? – Rəsmi qurumdan CAVAB

Baş bəlasına çevrilən Bakı-Quba yolunun təmiri niyə YEKUNLAŞMIR? – Rəsmi qurumdan CAVAB

Hazırda oxunan: Baş bəlasına çevrilən Bakı-Quba yolunun təmiri niyə YEKUNLAŞMIR? – Rəsmi qurumdan CAVAB

93576

Baş bəlasına çevrilən Bakı-Quba yolunda təmir-bərpa işləri  yekunlaşmaq bilmir. 10 ilə yaxındır ki, bu yol dağılır. Amma tamamilə bərpa olunmur. 

Bu yolun bir neçə dəfə sıradan çıxaraq, yenidən qurulması, yolda əmələ gələn qüsurların aradan qaldırılmasına, milyonlarla vəsaitin xərclənməsinə baxmayaraq birdəfəlik istismara verilmir. Sürücülərin ən çox şikayət etdiyi və indiyədək ən azı 30 dəfə təmir olunan yola 600 milyon manata yaxın vəsait xərclənib.

Amma bərbad vəziyyətdə inşa edilən yolun nə qüsurları aradan qaldırılır, nə də tam olaraq yekunlaşıb hərəkət iştirakçılarının ixtiyarına verilir. 

Xatırladaq ki, Bakı-Sumqayıt dairəvi yolu 1984-cü ildə çəkilib. 2008-ci ildən isə yenidən qurulub. Yolun birinci hissəsi Siyəzən rayonu ərazisində istifadəyə verilib. O zaman sabiq nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə yolun 30 illik zəmanətlə tikildiyini bildirmişdi. Hadisələrin sonrakı inkişafı göstərdi ki, yolun altı “yeyilib”.

İddialara görə bu yolun inşası zamanı ciddi qanun pozuntularına yol verilib. Bakı-Quba beton yolunun inşasını aparan “Akkord” Şirkətlər Qrupu yola dövlət büdcəsindən ayrılan vəsaiti düzgün xərcləməyib. Mütəxəssislərin bildirdiyinə görə yolun tikintisi zamanı istifadə edilən sement keyfiyyətsiz olub və əsas 3 amilə əməl edilməyib. 

Kabusa çevrilən Bakı-Quba yolunun təmirindən nə vaxt qurtulacağıq? 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında yolun ilin sonuna qədər yekunlaşacağını bildirib.

Qurum rəsmisinin sözlərinə görə yenidənqurma işləri çərçivəsində yolun köhnə örtüyü və əsası qazılaraq çıxarılıb. Yerinə yeni yol yatağı və yol əsası inşa edilir:

“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq. Qeyd edim ki, işlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə 2 tərəfli hərəkət təmin edilib. 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO