“SABAH.lab” Akselerasiya Mərkəzi “Sürət” proqramına müraciət vaxtını uzatdı

“SABAH.lab” Akselerasiya Mərkəzi “Sürət” proqramına müraciət vaxtını uzatdı

Hazırda oxunan: “SABAH.lab” Akselerasiya Mərkəzi “Sürət” proqramına müraciət vaxtını uzatdı

93549

Hazır startapların daha da təkmilləşib investisiyaya hazır hala gəlməsi məqsədi ilə yaradılan “Sürət” akselerasiya proqramına müraciət qəbulu açıq elan olunur. 

Bizim.Media xəbər verir ki, son müraciət tarixi 15 sentyabr tarixində nəzərdə tutulub. 

Qeyd edilib ki, son müraciət tarixi 15 Sentyabr tarixində nəzərdə tutulub. 

Daha əvvəl “SABAH.lab” Akselerasiya Mərkəzi cari ilin fevral-mart aylarında da “Sürət” akselerasiya proqramına müraciət qəbul edib. Proqrama 50-dən çox komanda müraciəti daxil olsa da yalnız 11 komanda aralarından seçilərək akselerasiyaya qoşulma imkanı qazanıb.
Cari ilin aprel-iyul ayları ərzində rezidentlər MVP-lərini daha da inkişaf etdirib və iyul ayının 18-də təşkil olunan ən böyük yerli startap və innovasiya tədbiri - “Baku ID”- də öz startaplarını yerli və beynəlxalq investorlara təqdim ediblər. Hal-hazırda həm yerli, həm də beynəlxalq investorlarla danışıqlar aparılır və bəzi komandalar artıq onlardan külli miqdarda investisiya cəlb etməyə müvəffəq olub. 

“SABAH.lab” rezidentləri öz proqram təcrübələrini bölüşərək bildirirlər ki, “SABAH.lab”ın onların startaplarının şirkət kimi formalaşıb fəaliyyət göstərməsində böyük rolu olmuş və eyni zamanda hər mərhələdə  onların inkişaf yolunda dəstək göstərmişdir. Hətta bəzilərinə “SABAH.lab”ın təmin etdiyi ekspert və mentor dəstəyi ideyanın istiqamətinin daha lazımi və tutarlı yöndə dəyişməsinə səbəb olmuşdur.

Bu da sonda investorların diqqətini daha çox çəkərək daha çox investisiya cəlb etməyə gətirib çıxarıb.

Rezidentlər dünyada tanınmış mentorlarla yanaşı “SABAH.lab” komandasının da köməklik etməkdən çəkinməməsini xüsusilə vurğulayırlar. 

Bu dəfə “Sürət” proqramı öz konseptində bəzi dəyişikliklər edib. Startapları daha güclü şəkildə inkişaf etdirmək məqsədilə “SABAH.lab” proqramın müddətini 3 aydan 6 ayadək uzadıb.

Həmçinin, proqram bitdikdən sonra 1 ay müddətində startaplar IE Biznes Məktəbi tərəfindən mentor dəstəyi almaqda davam edəcəklər. Proqramın müddətinin uzadılması ideya doğrulanması mərhələsinə də təsirsiz ötüşməyəcək:

Bu dəfə rezident statusu qazanacaq olan startaplar ideyalarını doğrulamaq üçün daha çox vaxta sahib olacaqlar. Həmçinin “SABAH.lab” həm mələk, həm də müəssisə investorlarından ibarət şəbəkəsini genişləndirərək daha böyük investor şəbəkəsinə çıxış təmin edir.
Əlavə olaraq, “SABAH.lab”ın proqram çərçivəsində ofis xidməti, maliyyə və hüquqi məsələlərdə dəstək, yerli və əcnəbi ekspertlərlə görüşlər kimi üstünlüklərlə təmin etməyə davam edir. 

Proqrama qəbul üçün ilk növbədə müraciət formu doldurulur. “SABAH.lab” komandası müraciətləri nəzərdən keçirir və seçilən namizədlər komanda ilə müsahibəyə dəvət olunurlar.

Bu mərhələdən uğurla keçən namizədlər “SABAH.lab” idarə heyəti və proqram tərəfdaşları ilə 2-ci müsahibə mərhələsində görüşəcəklər. 

Uğurlu namizədlər “SABAH.lab”ın akselerasiya proqramına qoşulma imkanı əldə edəcəklər. 

Proqram haqqında daha ətraflı məlumat və müraciət üçün:

//www.sabahlab.edu.az/accelerate-5-months linkinə daxil ola bilərsiniz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO