Sabah, sentyabrın 14-ü saat 12:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olmuş şəxslərin qeydiyyat prosesinə start veriləcək.
Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, müraciətçilər //portal.edu.az/ üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.
Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
Qeydiyyat 20 sentyabr saat 23:59-da yekunlaşacaq.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Bizim.Media
![Kolleclərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başlayır - Bu tarixdə Kolleclərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başlayır - Bu tarixdə](https://bizim.media/file/articles/2022/09/13/1663050726_photo_2022-09-12_17-52-33-2.jpg)
- A-
- A
- A+
Cəmiyyət
10:31 / 13.09.2022
Kolleclərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başlayır - Bu tarixdə
Hazırda oxunan: Kolleclərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başlayır - Bu tarixdə
Hazırda oxunan: Kolleclərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başlayır - Bu tarixdə
93511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.