Erməniləri məğlub edən idmançımız qızıl medalını qazimizə hədiyyə etdi - FOTO/VİDEO

Erməniləri məğlub edən idmançımız qızıl medalını qazimizə hədiyyə etdi - FOTO/VİDEO

Hazırda oxunan: Erməniləri məğlub edən idmançımız qızıl medalını qazimizə hədiyyə etdi - FOTO/VİDEO

9349

Kiyokşin karate üzrə çempion idmançımız 13 yaşlı Nəzrin Hacıyeva Bizim.Media-ya qızıl medalını qazimizə hədiyyə etməsindən danışıb.

“Mən özümü yox, qazimizi ən böyük çempion kimi qəbul edirəm. Atamla qazilərimizin müalicə aldığı xəstəxanaya getdim. Özümlə medalımı da aparmışdım. Xəstəxanada əsgərlərimiz arasında ən ağır yaralı olan Elmar Nəsirov adlı qazimiz var idi".

"Gürcüstanda azyaşlılar arasında Kiyokşin karate üzrə keçirilən yarışda qazandığım qızıl medalımı ad günündə ona hədiyyə etdim. Həmin yarışda iki iştirakçını məğlub edib birinci oldum. Onlar bizim üçün nə qədər əziyyət çəkiblər, canlarından keçiblər, bir qızıl medal nədir ki? Medal onlara qurbandır. Mənim çempionum mənim əsgərim və qazimdir”.

Qeyd edək ki, Kiyokşin karate üzrə idmançımız 13 yaşlı Nəzrin Hacıyeva 2019-cu ildə keçirlən yarışda iki erməni idmançını məğlub edib. Nəzrin Hacıyeva 6 ildir ki, sözügedən idman növü ilə məşğul olur.

Gülşanə Mustafayeva, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO