Nazirlikdən xaricə oxumağa gedənlərə XƏBƏRDARLIQ

Nazirlikdən xaricə oxumağa gedənlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Nazirlikdən xaricə oxumağa gedənlərə XƏBƏRDARLIQ

93420

Elm və Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, mətndə deyilir:

"Bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi hallarla bağlı Elm və Təhsil Nazirliyinə mütəmadi müraciət edirlər.

Təəssüf ki, belə şikayətlər xüsusilə, Dövlət Proqramları, eyni zamanda Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində xaricdə təhsil müsabiqələrinin keçirildiyi dövrdə daha intensivləşir.
Bununla əlaqədar bildirmək istərdik ki, Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də qeyd edilən proqramlar ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO