"Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır. O cümlədən, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq".
Bizim.Media xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama verib.
O deyib ki, Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür:
“Tezliklə qurultay olacaq. Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir”.
MÖVZU İLƏ BAĞLI:
Baş Prokurorluqdan Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı AÇIQLAMA
Əflatun Amaşov Əvəz Zeynallının azadlığına qovuşmasını arzu etdiklərini qeyd edib:
“Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq. Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayırıq. Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaq”.
Bizim.Media